Ahu gözlüm

Ahu gözlüm Lyrics

Pərviz Bülbülə, Türkan Vəlizadə

来源: YouTube Music

Ahu gözlüm, nə olar
Səyyadına bir daha bax
Rəhm eylə, insaf eylə
Tanrıya bax, Allaha bax
Hansı ahu baxar öz
Səyyadına, ovçusuna?
Buna bax, arzuya bax
İstəyə bax, iştaha bax
Qaçma məndən bu qədər
Dağlar ilə, düzlər ilə
Kor olan sevgiyə nur ver
O qara gözlər ilə
Axı haradan bilim
O niyyətini, məqsədini?
Məni aldatma bu cür
Kompliment sözlər ilə

Sənin o şübhə dolu gözlərinin
Qadasın alım
Niyyətim yoxdur, sənə hiylə qurum
Tələyə salım
Mənə ceyranım deyən
Canım deyən ovçu
Bu gün-sabah özgəsinə
Qoşar nəğmə, deyər, ay maralım
Qaçma məndən bu qədər
Dağlar ilə, düzlər ilə
Kor olan sevgiyə nur ver
O qara gözlər ilə
Axı haradan bilim
O niyyətini, məqsədini?
Məni aldatma bu cür
Kompliment sözlər ilə

Ahu gözlüm, nə olar
Səyyadına bir daha bax
Rəhm eylə, insaf eylə
Tanrıya bax, Allaha bax
Hansı ahu baxar öz
Səyyadına, ovçusuna?
Buna bax, arzuya bax
İstəyə bax, iştaha bax
Qaçma məndən bu qədər
Dağlar ilə, düzlər ilə
Kor olan sevgiyə nur ver
O qara gözlər ilə
Axı haradan bilim
O niyyətini, məqsədini?
Məni aldatma bu cür
Kompliment sözlər ilə

创建你的专属歌单

收藏这首歌,打造你的完美曲库。100%免费,无广告。

开始我的歌单
Ahu gözlüm Lyrics - Pərviz Bülbülə, Türkan Vəlizadə | SORI Magazine